"Tottenhem" İqor Tudorla sağollaşır?

22:21 - 25 Fevral 2026

\"Tottenhem\" İqor Tudorla sağollaşır?

"Tottenhem"in yeni baş məşqçisi İqor Tudorun klubdakı gələcəyi sual altına düşüb. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis istefaya göndərilə bilər. 

Məlumata görə, London klubu yaxın oyunlarda vəziyyət düzəlməsə, Tudorla yolları ayırmağı planlaşdırır. Rəhbərliyin artıq yeni namizədlər axtarışına başladığı bildirilir. Klub rəhbərliyi komandanın İngiltərə Premyer Liqasını tərk etmək təhlükəsi ilə üz-üzə qalmasından ciddi narahatdır. 

Qeyd edək ki, İqor Tudor cari ilin fevralında komandanı çalışdırmağa başlayıb və mövsümün sonuna qədər müqavilə imzalayıb. Onun rəhbərliyi altında çıxdığı yeganə matçda "Tottenhem" öz meydanında "Arsenal"a 1:4 hesabı ilə uduzub.

Hazırda "Tottenhem" 27 turdan sonra topladığı 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az