"İranlılarla məqbul bir razılaşma əldə etmək üçün bir tur daha diplomatik görüşlər keçiririk".
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin müavini Ceyms Devid Vens ABŞ-İran danışıqları ilə bağlı ABŞ mətbuatına açıqlamalasında deyib. Vens Prezident Donald Trampın İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyinə dair mövqeyinin aydın olduğunu bildirərək Trampın bu məqsədə diplomatik yollarla çatmaq istədiyini, lakin başqa yollarının da olduğunu qeyd edib.
ABŞ və İran arasında sabah İsveçrənin Cenevrə şəhərində keçiriləcək üçüncü tur müzakirələrinə toxunan Vens İran tərəfinin sabahkı görüşdə Trampın dediklərini ciddi qəbul etməsini ümid etdiklərini bildirib.