Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı

17:48 - 01 Yanvar 2022

Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı

“Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu”.

Manşet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib. 

“2021-ci il müharibənin dəhşətləri səbəbindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə təəssürat yaranırdı ki, müharibədən sonraki həyəcan idarəolunmaz hal alacaq, xaosa və vətəndaş qarşıdurmasına çevriləcək”, - deyə Paşinyan qeyd edib. 

Onun sözlərinə görə, Ermənistan hələ müharibənin sarsıntısını dəf etməyib və hələ uzun müddət də etməyəcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az