ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.
Manset.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".
Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyinə görə İsveçrəyə təşəkkür edib.
We have finished the day after significant progress in the negotiation between the United States and Iran. We will resume soon after consultation in the respective capitals. Discussions on a technical level will take place next week in Vienna. I am grateful to all concerned for…
— Badr Albusaidi - بدر البوسعيدي (@badralbusaidi) February 26, 2026