Müğənni Edis hava limanında saxlanıldı

17:35 - 27 Fevral 2026

Müğənni Edis hava limanında saxlanıldı

Bu gün türkiyəli məşhur müğənni Edis xaricdən İstanbula qayıtdanda hava limanında saxlanılıb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən "narkotik maddələrin istehsalı və ticarəti", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırmaq məqsədilə xüsusi yer, avadanlıq və ya material təmin etmək və istifadə edənlərin tutulmalarını çətinləşdirəcək tədbirlər görmək", "istifadə məqsədilə narkotik və ya stimullaşdırıcı maddə almaq, qəbul etmək və ya saxlamaq", "narkotik və ya stimullaşdırıcı maddə istifadə etmək", "fahişəliyə təşviq etmək və vasitəçilik etmək" ittihamları ilə aparılan araşdırmalar davam edir. Araşdırmalar çərçivəsində həbs qərarı verilən müğənni Edis Görgülü xaricdən qayıtdığı zaman İstanbul Hava Limanında polis tərəfindən saxlanılıb.

Görgülü İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinə təhvil verilib. Polis bölməsindəki əməliyyatlardan sonra Edisin test verdiyi məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az