"İranın seçilmiş bütün liderləri ölüb".
Manset.az Türkiyənin CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə naziri Pete Hegseth bildirib.
"İranın seçilmiş bütün liderləri ölüb. O hətta bizim qorxumuzdan kabinetə belə daxil olmadı", - deyə o qeyd edib.
Qeyd edək ki, bu ifadələr İranda müvəqqəti seçilmiş Ali dini lider Arafinin öldüyü və Əli Xameneinin yerinə seçilmiş yeni lider - Xameneinin oğlu Mürtəca Xameneinin də öldürülməsi iddialarını gücləndirir.