Zelenski onu təhdid etdi

15:52 - 06 Mart 2026

Zelenski onu təhdid etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Birliyinin Ukraynaya yönəlik 90 milyard avroluq yardım paketini əngəllədiyi səbəbindən Macarıstan Baş naziri Viktor Orbana sərt sözlərlə hücum edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Orbánın vetosunun davam etməsi halında "telefon nömrəsini Ukrayna hərbçilərinə verə biləcəyini" bildirib. Bu açıqlama iki ölkə arasında diplomatik gərginliyi daha da artırıb.

Kiyevdə keçirilən mətbuat konfransında danışan Zelenski Avropa Birliyinin Ukrayna ordusunun silahlandırılması üçün ayırdığı 90 milyard avro vəsaitinin əngəllənməməli olduğunu vurğulayıb.

Ukrayna lideri, "Ümid edirəm ki, Avropa Birliyində heç kim Ukraynalı hərbçiləri silahlandırmaq üçün ayrılan bu vəsaiti əngəlləməz. Əks təqdirdə, o şəxsin telefon nömrəsini hərbçilərimizə verəcəyik və onlar onunla öz dillərində danışacaqlar", - deyə qeyd edib.

Bu sözlər Macarıstanda böyük etirazlara səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az