Yaxın Şərqdəki müharibə davam edərkən Ağ Evdə bir araya gələn rahiblər ABŞ Prezidenti Donald Tramp üçün Oval Ofisdə dua ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan Yaxın Şərq müharibəsi davam edərkən Ağ Evdən diqqətçəkən görüntülər yayımlanıb. Ölkənin müxtəlif bölgələrindən gələn evangelist rahiblər, ABŞ Prezidenti Donald Tramp üçün Oval Ofisdə toplu dua ediblər. Ağ Ev Başçısı Dan Skavino tərəfindən paylaşılan bu görüntülər qısa zamanda dünya üzrə manşetlərə çıxıb.
Toplantıya Robert Jeffress, Samuel Rodriguez və tarixçi Devid Barton kimi evangelist dairələrdə tanınan şəxslər də qatılıb.