Birləşmiş Ştatlar İranda hərbi əməliyyatın ilk həftəsində təxminən altı milyard dollar xərcləyib.
Manset.az bu barədə "The New York Times" qəzetinə istinadən xəbər verir.
Nəşrin qeyd etdiyinə görə, bu vəsaitdən dörd milyard dollar döyüş sursatlarına, əsasən də İran raketlərinin qarşısının alınması sistemlərinə xərclənib.
Qəzetin yazdığına görə, qanunvericilər ABŞ administrasiyasının hərbi əməliyyat üçün Konqresdən əlavə maliyyələşdirmə istəyəcəyini gözləyirlər.