Eskalasiya başlayandan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 394-ə çatıb, mindən çox insan yaralanıb.
Manset.az Al Jazeera telekanalına istinadən xəbər verir ki, bunu respublikanın səhiyyə naziri Nasir ad-Din açıqlayıb.
"İsrailin hücumları nəticəsində 394 nəfər, o cümlədən 33 uşaq və 32 qadın həlak olub, 1160 nəfər, o cümlədən 24 uşaq və 24 qadın yaralanıb", - o bildirib.
Bundan əvvəl 294 nəfərin həlak olduğu bildirilib.