Ukrayna Rusiyanın PUA anbarına zərbə endirdi

18:59 - 08 Mart 2026

Ukrayna Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Donetsk vilayətində Rusiya ordusuna məxsus PUA anbara zərbələr endirib.


Manset.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində Donetsk aeroportu yaxınlığındakı “Toçmaş” zavodunun ərazisində yerləşən “Geran-2” PUA-larının anbarı məhv edilib.

Bundan başqa, Donetsk, Makeyevka, Yenakiyevo və Qorlovka şəhərlərinə də zərbələr endirilib.

Bildirilib ki, Ukrayna ordusu zərbələr zamanı ATACMS və "Storm" raketlərindən istifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az