Almaniyada atmosfer təbəqəsini dələrək parçalanmış meteoridin bir hissəsi Koblents şəhərində yaşayış evinə düşüb.
Manset.az xəbər verir ki, bu barədə Almaniyanın dövlət radioyayım şirkəti olan "Südwestrundfunk" (SWR) məlumat yayıb.
Bildirilib ki, təmas nəticəsində evin dam örtüyündə futbol topu böyüklüyündə dəlik əmələ gəlib. Kosmik cismin qırıntısı yataq otağına düşsə də, xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Digər qırıntıların isə Reynland Pfalts federal torpağında yerləşən malikanələrin ərazilərinə düşdüyü deyilir.
