Məhv edilən həmin raketin görüntüləri - FOTO / VİDEO

16:42 - 09 Mart 2026

Məhv edilən həmin raketin görüntüləri - FOTO / VİDEO

İrandan Türkiyəyə atılan ballistik raketin görüntüləri yayılıb.


Manset.az xəbər verir ki, görüntülərdə zərərsizləşdirilmiş raketin hissələri əksini tapıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlamasında İrandan buraxılan və Türkiyə hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini bildirmişdi.

Raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, raketin bəzi hissələri Qaziantep şəhərindəki boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az