İsrailin Baş naziri Benyamin Netanyahu İranın müqavimətinin qırıldığını iddia edərək hücumların davam etdiriləcəyinə işarə verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Baş nazirinin ofisi Netanyahunun İsrailin səhiyyə naziri Haim Katz ilə birlikdə Milli Sağlamlıq Mərkəzinə səfəri zamanı etdiyi çıxışı yayıb.
Netanyahu bildirib ki, onların məqsədi İran xalqının “rejimdən xilas olmasına nail olmaqdır”. O, “İndiyədək gördüyümüz tədbirlərlə onların (İran rəhbərliyinin) müqavimətini qırdığımız və hələ də fəal şəkildə fəaliyyət göstərdiyimiz şübhə doğurmur”, - deyərək hücumların davam etdiriləcəyi barədə mesaj verib.
İsrailin beynəlxalq mövqeyində dəyişiklik yarada bildiklərini iddia edən Netanyahu əlavə edib ki, müdafiə məsələsi İran ərazisinə yönəlmiş hücumlardan daha mühüm əhəmiyyət daşıyır.
Baş nazir həmçinin qeyd edib ki, müdafiənin əsasını hər şeydən əvvəl xalqın iradəsi təşkil edir və İsrail cəmiyyətinin inamının yüksək olduğunu bildirib.