ABŞ-İsrail və İran arasında davam edən müharibənin bölgəyə yayılması ilə gərginlik artarkən İsrail Müdafiə Naziri Israel Katz orduya Livandakı əməliyyatları genişləndirməyə hazırlıq göstərişi verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hizbullahın şimal İsrailinə raket hücumları həyata keçirməsi münaqişəni yeni bir cəbhəyə aparıb.
İsrail Müdafiə Naziri Israel Katz İsrail ordusuna Livandakı hərbi əməliyyatları genişləndirmək üçün hazırlıq görməsi barədə göstəriş verildiyini açıqlayıb. Bu bəyanat İsrail ilə İran və müttəfiqləri arasındakı gərgin münaqişələrin bölgə üzrə yeni bir cəbhəyə yayılacağına dair narahatlıqları artırıb.
İsrail rəhbərliyi ABŞ və İsrailin İranı hədəf alan hücumları ilə başlayan müharibənin ardından Livandakı İran dəstəklənən Hizbullah qüvvələrinin də münaqişəyə qatıldığını bildirib. İsrail ordusu Hizbullahın 2 martda İranın dini liderinin öldürülməsinin intiqamını almaq məqsədilə İsrailə atəş açdığını və buna cavab olaraq Livana qarşı hərbi əməliyyat başlatdığını açıqlayıb.