Əfqanıstan hakimiyyəti Pakistan ilə baş verən yeni qarşıdurmalarda 4 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstan hakimiyyətinin sözçü müavini Hamdullah Fıtrat Əfqanıstan və Pakistan arasında baş verən qarşıdurmalarda həyatını itirənlərə dair məlumatları paylaşıb.
Fıtrat Əfqanıstanın Xost bölgəsində baş verən qarşıdurmalarda 4 mülki vətəndaşın həyatını itirdiyini, 3 nəfərin isə yaralandığını bildirib.