Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Ankarada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres və Almaniya Federal Respublikasının Xarici İşlər Naziri Johann David Wadephul ilə görüşüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumatlara görə, Fidan Nazirlikdə Guterres ilə görüş keçirib.
Nazir Fidan Guterres ilə görüşündən sonra Almaniya Federal Respublikasının Xarici İşlər Naziri Johann David Wadephul ilə də bir araya gəlib.