Trampı sərt tənqid etdilər - "Nə planı var, nə də hədəfi"

16:58 - 12 Mart 2026

Trampı sərt tənqid etdilər - \"Nə planı var, nə də hədəfi\"

ABŞ Senatında İran müharibəsi ilə bağlı keçirilən gizli brifinq Vaşinqtonda yeni müzakirələrə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət Demokrat senatorları Tramp administrasiyasını “məqsəd, cədvəl və çıxış planı olmayan bir müharibə aparmaqda” - ittiham ediblər.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İran müharibəsi ilə bağlı konkret bir çıxış planı olmadığına dair tənqidlərin artdığı bir dövrdə Ağ Ev və ABŞ Müdafiə Nazirliyi (Pentagon) rəsmiləri Senatın Silahlı Xidmətlər Komitəsinin üzvlərinə gizli bir brifinq keçiriblər. İki saat davam etdiyi bildirilən brifinqdən sonra Demokrat senatorlar Tramp administrasiyasının müharibənin həcmi, məqsədləri və müddəti ilə bağlı yanaşmasını sərt sözlərlə tənqid ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az