Netanyahu Türkiyəni təhdid edir? 

16:40 - 13 Mart 2026

Netanyahu Türkiyəni təhdid edir? 

ABŞ-İsrail və İran arasında baş verən müharibə 14-cü günündə bütün şiddəti ilə davam edərkən İsrailin Baş naziri Bünyamin Netanyahunun verdiyi açıqlama gündəmə bomba kimi düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Netanyahu, "Hamımız krallığa çatacağımıza və Məsihin dönüşünə şahidlik edəcəyimizə inanırıq. Lakin bu, gələn cümə günü baş verməyəcək" - ifadəsini işlədib. Netanyahunun bu sözləri, "Məscidül-Aqsanı dağıtmaq niyyətindədir" iddialarını gündəmə gətirib.

Bəs Netanyahunun bu cümləsi nə anlama gəlir?

Yəhudilikdə Məsih, Yəhudiləri vətənlərinə geri döndərəcək, Süleyman Məbədini (Beytül-Məqdis) yenidən inşa edəcəkdir. Məscidül-Əqsanın yerləşdiyi ərazi, müqəddəs məbədin yeri olduğundan, Yəhudi inancına görə, Məsihin gəlişi ilə bu ərazidə ibadətlərin yenidən başlaması və ibadət yeri olması gözlənilir. Netanyahunun "Məsihin dönüşünə şahidlik edəcəyik" sözləri, bu inanca görə, Məscidül-Əqsaya bir təhdid olaraq qiymətləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az