ABŞ-ın Müdafiə Naziri Pete Hegseth İranın yeni dini lideri Müctəba Xamaneinin sağlamlıq vəziyyəti ilə bağlı iddialar irəli sürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hegseth Xamaneinin yaralandığını və ictimaiyyət qarşısına çıxmamasının şübhələr doğurduğunu bildirib.
Hegseth İranın yeni dini lideri olaraq göstərilən Müctəba Xamanein sağlamlığı ilə bağlı bunları deyib:
"Yeni, çox da əzəmətli olmayan liderin yaralandığını və ehtimal ki, üzünün də deformasiya olduğunu bilirik".
Hegseth Müctəba Xamanein ilk açıqlamasının səs yazısı olaraq paylaşılmasını tənqid edərək, bunu "zəif bir açıqlama" adlandırıb.
İran rəhbərliyinin Hamaneyin açıqlamasını yazılı olaraq yayımlamasını şübhəli sayan Hegseth, "İranda çoxlu kameralar və səs yazısı cihazları var. Niyə yazılı bir açıqlama? Düşünürəm, səbəbini bilirsiniz" - demişdir.