Kolombiyalı influnser Carolina Reyes dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə aydır ağciyərlərində müşahidə edilən aqressiv xəstəliklə mübarizə aparan tanınmış influnserin ailəsi bu xəbəri Instagram üzərindən təsdiqləyib.
Sosial mediada "The Warrior" (Döyüşçü) ləqəbi ilə tanınan Reyesin ölümü böyük kədər yaratdı.
23 yaşlı influnserin ölümü bir çox izləyicisini təəccübləndirib. Influencerin sosial media hesablarında minlərlə pərəstişkarı olub.