Türkiyənin reytinqli "İşte Benim Stilim" yarışması ilə tanınan Ayşegül Eraslan evində ölü tapılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayşegül Eraslanın qanlı məktubu da tapılıb.
"Paylaşmadığım şeylər olacaq. Yeganə bildiyim, yaxşı bir insan olduğumdur" - açıqlaması və ardınca göndərilən qanlı məktub, intihar iddialarını gücləndirib. Hadisə ilə bağlı araşdırma başladılıb.