Yaxın Şərq münaqişəsi səbəbindən yüksələn enerji qiymətləri normallaşdıqdan sonra ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa etməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədədeyib: "Mən dünya üçün neft istəyirəm". Tramp əlavə edib ki, Ukraynadakı münaqişə səbəbindən 2022-ci ildə tətbiq edilən məhdudiyyətlər "böhran bitdikdən sonra bərpa olunacaq".
Qeyd edək ki, iki gün əvvəl ABŞ Maliyyə Nazirliyi 12 martdan əvvəl Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına qoyulan sanksiyaları ləğv edib. Agentliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən ümumi lisenziya bu cür əməliyyatlara 11 aprelə qədər icazə verir.