ABŞ Prezidenti Donald Tramp İrana qarşı başladılan müharibənin 17-ci günündə müttəfiqlərindən Hörmüz Boğazı üçün yardım istəyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp tələb etdiyi yardımların gəlməməsi halında "NATO-nu çox pis bir gələcəyin gözlədiyini" - söyləyib.
ABŞ Prezidenti Hörmüz Boğazında gəmi keçidlərinin davam etməsi üçün NATO müttəfiqlərinin dəstəyini gözlədiyini bildirib. Körfəz neftinə Avropa ölkələrinin daha yüksək dərəcədə asılı olduqlarını irəli sürən Tramp Hörmüz Boğazının açıq qalması üçün müttəfiqlərin yardım etmələrinin məqsədəuyğun olacağını qeyd edib.