Qarşılıqlı hücumlar davam edərkən İsrail yeni bir hücum dalğası başlatdığını bəyan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlar davam edir. Hücumlar başladığı gündən bəri İran da bölgədəki ABŞ hərbi bazalarını hədəf alır. Qarşılıqlı hücumlar davam edərkən İsrail yeni bir hücum dalgası başlatdığını bəyan edib.
İsrail Müdafiə Qüvvələri İranın Tehran, Şiraz və Təbriz şəhərlərinə yeni bir geniş hava hücumunun başlatıldığını bildirib.
Qeyd edək ki, İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında müzakirələr davam edərkən 28 fevralda İrana hücum başlatmışdılar. Bu hücumlar nəticəsində ölkənin dini lideri Ayətullah Əli Həməneyi və bir çox yüksək rütbəli vəzifəli şəxs öldürülmüşdü. İran həm hücumlara cavab verib, həm də bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb. İranlı rəsmi şəxslər hücumlar başladığından bu yana ölü sayısının 1348-ə, yaralı sayısının isə 17 minə çatdığını bildiriblər.