Polşa Hörmüz Boğazını qoruyacaq?

17:48 - 16 Mart 2026

Polşa Hörmüz Boğazını qoruyacaq?

Polşa Baş nazirinin müavini və Xarici İşlər naziri Radoslaw Sikorski ABŞ-nin tələb etdiyi təqdirdə NATO-da Hörmüz Boğazının qorunmasını müzakirə etməyin mümkün olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın Xarici İşlər naziri Sikorski Avropa İttifaqı (Aİ) Xarici İşlər nazirlərinin görüşü ərəfəsində mətbuata açıqlama verib.

Sikorski, "Hörmüz Boğazının qorunmasının müzakirə edilməsi üçün NATO-ya müraciət olarsa, amerikalı müttəfiqimizə hörmət və yaxşı niyyətlə bunu qiymətləndirəcəyik", - deyə bildirib.

Təhlükəsizlik təhdidlərinin müzakirəsi üçün istifadə edilən NATO Müqaviləsinin 4-cü maddəsinə əsasən, hələlik heç bir məsləhətləşmənin başlanmadığını qeyd edən Sikorski Polşa Prezidenti Karol Nawrockinin belə bir əməliyyata Polşa əsgərlərinin göndərilməsi seçimini hələlik rədd etdiyini xatırladıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az