"Biz bu müharibəyə qatılmırıq və bu, dəyişməyəcək" - Almaniyanın baş naziri

11:24 - 17 Mart 2026

\"Biz bu müharibəyə qatılmırıq və bu, dəyişməyəcək\" - Almaniyanın baş naziri

Almaniya Baş naziri Friedrich Merz ABŞ və İsrailin İranla bağlı hücumlarına dair açıqlama verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Merz açıqlamasında, "Bu müharibə mümkün olan ən qısa müddətdə, aydın bir plan və strategiya ilə sona çatdırılmalıdır" - deyib.

Almaniya Baş naziri Friedrich Merz paytaxt Berlində Niderlandın Baş naziri Rob Jetten ilə apardığı görüşdən sonra birgə mətbuat konfransı keçirib. Görüşdə ABŞ və İsrailin İranla bağlı hücumlarını müzakirə etdiklərini bildirən Merz, "Bölgə hədəfləri müəyyən olmayan sonsuz bir müharibəyə sürüklənməməlidir" - ifadələrini işlədib.

Merz münaqişənin yayılmasının Yaxın Şərq və Körfəz bölgəsindəki bütün tərəfdaşlar üçün böyük risklər yaradacağını qeyd edərək eyni riskin İranın dövlət quruluşunun, ərazi bütövlüyünün və iqtisadiyyatının da çökməsi üçün də keçərli olduğunu vurğulayıb. Merz, "Biz bu müharibəyə qatılmırıq. Bunu ilk gündən etibarən bildirdik. Almaniya hökuməti üçün bu vəziyyət dəyişməyəcək. Bu, müharibə davam etdiyi müddətcə Hürmüz Boğazında sərbəst dəniz hərəkətini hərbi yollarla təmin etməyə kömək etməyəcəyimiz mənasını da verir" - deyə bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az