Türkiyəli tanınmış jurnalist Fatih Altaylının beyin əməliyyatı keçirdiyi bildirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistin beynindəki şiş səbəbi ilə bu gün səhər saatlarında beyin əməliyyatına girdiyi açıqlanıb. Bildirilib ki, Altaylının beynində aşkar edilən şişin böyüyüb və təzyiq yaratması səbəbindən beyin əməliyyatına götürüldüyü deyilib.
Qeyd edək ki, Fatih Altaylı ötən gün İlber Ortaylı üçün təşkil edilən dəfn mərasimlərinə qatılıb.