"Müharibənin nə vaxt bitəcəyinə biz qərar verəcəyik!" - İrandan sərt AÇIQLAMA

13:13 - 17 Mart 2026

\"Müharibənin nə vaxt bitəcəyinə biz qərar verəcəyik!\" - İrandan sərt AÇIQLAMA

İran hərbi rəsmiləri ABŞ və İsrail ilə davam edən münaqişələrə dair bəyanatlarını sərtləşdirərək müharibənin gedişatını özlərinin müəyyən edəcəyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın hərbi sözçüsü İbrahim Zolfaghari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin sonunun sosial media üzərindən deyil, döyüş meydanında müəyyən ediləcəyini bildirib.

Zolfaghari tərəfindən verilən yeni açıqlamada bölgədəki qonşu ölkələrə müraciət edərək İranın özünümüdafiə haqqını və suverenliyini qorumağa davam edəcəyini vurğulayıb.

Hərbi sözçü bölgədəki ABŞ hərbi bazalarından gələ biləcək hər hansı bir hücumla bağlı xəbərdarlıq edərək bunları deyib:

"Bu müharibəni siz başlatdınız, amma nə qədər davam edəcəyinə və necə bitəcəyinə biz qərar verəcəyik. Biz bunu sona çatdıracağıq", - deyə o bildirib. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az