"İnstaqram" platformasında ucdan uca şifrələmə (E2EE) 8 maydən etibarən dayandırılacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Meta" istifadəçiləri məzmunlarını tamamilə silinmədən əvvəl saxlamaları barədə xəbərdarlıq edib.
Şirkət platformada ucdan uca şifrələməyə son qoyacaq. Bu isə o deməkdir ki, istifadəçilər bu tarixdən əvvəl məzmunlarını yükləməsələr, bu texnologiya ilə qorunan bütün məlumatlar qalıcı olaraq silinəcək.
Şirkət bu vəziyyəti həm veb səhifəsi üzərindən, həm də mobil tətbiq içərisində bildirişlər vasitəsilə istifadəçilərə açıqlayıb.