Turistlər üçün “qızıl fürsət” - Türkiyədə qiymətlər kəskin endi

09:31 - 21 Mart 2026

Turistlər üçün “qızıl fürsət” - Türkiyədə qiymətlər kəskin endi

Yaxın Şərqdə baş verən gərginlik qlobal turizm bazarında ciddi dəyişikliklərə səbəb olub. 


Manset.az Musavat.com-istinadən xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, böhranın ilk mərhələsində xarici turlara tələbat iki dəfə azalıb.

Lakin son günlərdə bazarda qismən canlanma müşahidə olunur. Bildirilir ki, ötən həftənin eyni dövrü ilə müqayisədə satışlarda 30-40 faiz artım qeydə alınıb.

Mövcud vəziyyət fonunda Türkiyə hotelləri rusiyalı turistləri cəlb etmək üçün qiymət siyasətini dəyişməyə başlayıb. Məlumata görə, bəzi hotellər yerləşdirmə xidmətlərində 50 faizə qədər endirim təklif edir. Bu isə rus turistlər üçün Türkiyəyə səfəri daha əlverişli edir və bazarda “qızıl fürsət” kimi qiymətləndirilir.

Ekspertlər qeyd edir ki, hazırda turist axını uğrunda əsas rəqabət Türkiyə, Misir və Cənub-Şərqi Asiya ölkələri arasında gedir. Xüsusilə Fars körfəzi ölkələrinə səfərin riskli sayılması səbəbindən Misirin alternativ istiqamət kimi önə çıxdığı bildirilir.

Bununla yanaşı, aviabiletlərin bahalaşması gözlənilir. Qiymətləndirmələrə görə, yaxın dövrdə uçuş xərcləri 5-7 faiz arta bilər ki, bu da ümumi tur paketlərinə təsirsiz ötüşməyəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az