ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib.
Manset.az Al-Jazeera-ya istinadən xəbər verir ki, məlumatı İranın Atom Enerjisi Təşkilatından təsdiqləyiblər.
"Natanzdakı müəssisəyə hücum nüvə silahının yayılmaması haqqında müqavilənin pozulmasıdır. Görülmüş ehtiyat tədbirləri nəticəsində Natanza edilən hücum radioaktiv materialların sızmasına səbəb olmayıb", - təşkilatdan bildirilib.