İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin növbəti – sayca üçüncü – "F16" qırıcısını vurduğunu bəyan edib.
Manset.az bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, qırıcı bu gün səhər saatlarında İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
"Müharibənin ilk 3 həftəsi ərzində düşmənin pilotsuz uçuş aparatları, qanadlı raketləri, yanacaqdoldurma təyyarələri və ən müasir qırıcıları da daxil olmaqla 200-dən çox uçuş aparatının uğurla ələ keçirilməsi İranın hava hücumundan müdafiəsinin gücləndiyini nümayiş etdirir", - mətbuat xidmətindən bildirilib.