"ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutuldu" - SEPAH

21:53 - 27 Mart 2026

\"ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutuldu\" - SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri əməliyyat çərçivəsində Bubiyan (Fars körfəzində Küveytə məxsus ada) adasındakı ABŞ və İsrail hərbçilərinin bir neçə toplanış mərkəzini raket və dron hücumuna məruz qoyub.


Manset.az xəbər verir ki, bu iddia ilə SEPAH çıxış edib.

"Hücumda müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə çox sayda amerikalı dəniz piyadası məhv edilib, ölü və yaralılar xəstəxanalara yerləşdirilib",- məlumatda qeyd olunub.

SEPAH-dan bildirilib ki, ABŞ-nin Yaxın Şərqin istənilən nöqtəsindəki bazaları bundan sonra da hədəf alınacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az