Birləşmiş Krallıq Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmağı düşündüyü yönündəki açıqlamalarını dəyərləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Starmer Birləşmiş Krallığın milli maraqları doğrultusunda hərəkət edəcəyini vurğulayaraq, "Bu bizim müharibəmiz deyil və buna cəlb olunmayacağımızı aydın şəkildə bildirirəm", - deyib.
Əvvəllər dediyi, "Bu bizim müharibəmiz deyil, bu münaqişəyə sürüklənməyəcəyik, bu bizim milli maraqlarımıza ziddir" açıqlamasını təkrarlayan Starmer, ölkədə artan həyat xərclərini azaltmanın ən effektiv yolunun Orta Şərqdəki gərginliyi azaltmaq və Hürmüz Boğazını yenidən açmaq olduğunu bildirib.
Bu mövzuda bütün diplomatik yolları sınayacaqlarını bildirən Starmer Xarici İşlər Naziri və Maliyyə Nazirinin G7-dəki həmkarları ilə bu məsələni müzakirə etdiklərini Müdafiə Nazirinin isə Orta Şərqə səfərində məsələyə toxunduğunu söyləyib.