Bu "mall"a 18 yaşından kiçiklərin girişi qadağan edildi

17:54 - 31 Mart 2026

Bu \"mall\"a 18 yaşından kiçiklərin girişi qadağan edildi

Türkiyənin Ankara şəhərində yerləşən ticarət mərkəzlərindən biri 18 yaşdan aşağı şəxslərin mərkəzə girişini məhdudlaşdıran yeni qaydalar elan edib. 




Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Yenimahalle rayonunda yerləşən "Armada" Ticarət Mərkəzi təhlükəsizlik səbəbindən həftə sonları 18 yaşdan kiçik ziyarətçilərin tək başına daxil olmasına icazə verilməyəcəyini açıqlayıb.


Bu məsələyə dair ticarət mərkəzinin rəhbərliyi sosial media hesabında bəyanat yayımlayıb: "Ticarət mərkəzimiz bütün ziyarətçilərimizin təhlükəsiz, rahat və gözəl bir mühitdə vaxt keçirmələrini əsas prioritet olaraq görür. Bu çərçivədə son dövrlərdə xüsusilə həftə sonları 18 yaşdan kiçik bəzi gənc qruplar arasında baş verən sözlü və fiziki mübahisələr bəzən dava ilə nəticələnən hadisələr həm ziyarətçilərimizdən, həm də mağaza işçilərindən ciddi şikayətlərə səbəb olmuşdur".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az