İran ordusu ABŞ və İsrailin hücumlarına daha geniş və dağıdıcı şəkildə cavab verəcəklərini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Hatemu’l Enbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfikari ABŞ Prezidenti Donald Trampın İranla bağlı yeni təhdidlərlə çıxış etməsinin ardından bəyanat yayıb.
ABŞ və İsrailin İranın hərbi gücünü məhv etdikləri iddialarına toxunan Zülfikari, “Strateji raket istehsalı mərkəzlərimizi uzun mənzilli hücum və hədəf təyin etmə pilotsuz uçuş aparatlarımızı müasir hava müdafiə və elektron müharibə sistemlərimizi və xüsusi avadanlıqlarımızı məhv etdiyinizi düşünməyin, çünki belə bir düşüncə ilə içində olduğunuz bataqlığı daha da dərinləşdirəcəksiniz”, - deyə vurğulayıb.
ABŞ və İsrailə müraciət edərək, “Başlatdığınız təcavüzkarlığın cəzasını çəkəcəksiniz” - deyən Zülfikari, “İndiyə qədər aldığınız güclü və təsəvvür edilə bilməz zərbələrin və şillələrin davamında daha yıxıcı, daha geniş və daha dağıdıcı əməliyyatlarımızı gözləyin” - ifadələrini işlədib.