ABŞ və Filippin orduları hərbi təlimlərə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Filippin ordularının hər il birgə həyata keçirdiyi "Cope Thunder" təlimi başladı.
Hər iki ölkənin orduları təlimin açılış mərasimi üçün paytaxt Manilanın şimalında yerləşən Pampanga şəhərindəki Clark Hava Bazasına toplaşıblar.
Təlimdəki uçuş əməliyyatlarının isə eyni şəhərdəki Basa Hava Bazasından həyata keçirilməsi gözlənilir.
ABŞ və İsrailin İrana qarşı başladığı müharibənin kölgəsində keçirilən təlim 17 aprel tarixinə qədər davam edəcək.