Hava limanında qorxu dolu anlar - Tavan çökdü

19:29 - 07 Aprel 2026

Hava limanında qorxu dolu anlar - Tavan çökdü

İndoneziyanın paytaxtı Cakartada yerləşən Soekarno-Hatta Beynəlxalq Hava Limanında güclü yağış və fırtına səbəbindən sərnişin terminalının dam örtüyünün bir hissəsi çöküb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, terminalın su altında qalması nəticəsində çoxsaylı reyslərdə gecikmələr yaranıb.

Hadisə yerli vaxtla saat 12:00 radələrində beynəlxalq uçuşlar üçün nəzərdə tutulan 3-cü terminalında baş verib.

Rəsmi şəxslər hadisənin güclü yağış və külək nəticəsində damda toplanan suyun yaratdığı ağırlıq səbəbindən baş verdiyini açıqlayıblar. Baş verən uçqun və əlverişsiz hava şəraiti səbəbilə təhlükəsizlik məqsədilə bir çox reyslərin icrasında fasilələr yaranıb.

Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az