"Bu gecə İran mədəniyyəti təmamilə yox olacaq" - Trampdan qorxudan açıqlama

21:23 - 07 Aprel 2026

\"Bu gecə İran mədəniyyəti təmamilə yox olacaq\" - Trampdan qorxudan açıqlama

Trampın İranla bağlı yeni açıqlaması dünya gündəmini qarışdırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp son açıqlamasında bildirib ki, “İran sivilizasiyası bu gecə yox olacaq”.

Tramp bunu "Truth" üzərindən paylaşım edərək hücum siqnalı verib.

Tramp yazıb: “Bu gecə böyük bir sivilizasiya məhv olacaq və bir daha heç vaxt geri gətirilməyəcək. Bunun olmasını istəmirəm, amma ehtimal ki, baş verəcək. Lakin indi tam və tamamilə rejim dəyişikliyi ilə, fərqli, daha ağıllı və daha az radikallaşmış düşüncələrə malik bir mühitdə, bəlkə də inqilabi səviyyədə əla bir şey baş verə bilər, kim bilir? Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən önəmli anlarından birində öyrənəcəyik. 47 illik talan, korrupsiya və ölüm nəhayət sona çatacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az