Məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Hande Erçel ilə bağlı test nəticəsi məlum olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, haqqında saxlanma qərarı verildiyi vaxt xaricdə olan Erçel, Türkiyəyə qayıdan kimi ifadə vermək üçün aidiyyəti orqana müraciət etmişdi.
Məşhur şəxslərə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanma qərarı verilənlərdən biri olan Erçel təhsil məqsədilə xaricdə olduğunu bildirmiş, qısa müddət ərzində Türkiyəyə qayıdaraq ifadə vermişdi.
Aktrisanın analizlərində narkotik maddə istifadəsinə dair hər hansı izə rast gəlinmədiyi və test nəticəsinin mənfi olduğu bildirilib.