Ərdoğan və Tramp atəşkəs razılaşmasını müzakirə etdilər

19:29 - 08 Aprel 2026

Ərdoğan və Tramp atəşkəs razılaşmasını müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı ABŞ-nin İranla bağlı elan olunan atəşkəs razılşaması başda olmaqla, bölgədəki cari hadisələr müzakirə edilib.

Atəşkəsdən məmnunluğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan bütün dünya üçün olduqca çətin və gərgin keçən 40 gündən sonra yaranan ikihəftəlik fürsət pəncərəsinin daimi sülh razılaşması üçün çox yaxşı dəyərləndirilməli və bu prosesin pozulmasına imkan verilməməli olduğunu ifadə edib.

Türkiyə lideri başda Pakistan olmaqla dost və qardaş ölkələrlə birlikdə aparılan həll səylərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az