ABŞ İranla əldə olunmuş atəşkəs razılaşmasını pozub.
Manset.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iki həftəlik atəşkəs cəmi 12 saat davam edib.
Qeyd olunur ki, ölkənin bir neçə şəhərində partlayışlar qeydə alınıb.
Məlumata görə, Tehran və Kərəcə hava zərbələri endirilib, hava hücumundan müdafiə sistemləri yarım saatdan çox aktiv işləyib.
Bəndər-Abbasda HHM sistemlərinin aktivliyi müşahidə olunur, İsfahanda iki zərbə qeydə alınıb, Əhvaz üzərində isə qırıcılar uçuşlar həyata keçirir.