ABŞ, İsrail və İran arasında əldə olunmuş atəşkəs yeni bir mərhələnin başlanğıcı sayılsa da, bölgədəki gərginlik hələ də davam edir. Hadisələrin həssas təbiəti və tərəflərdən gələn ardıcıl bəyanatlar krizin tam şəkildə bitmədiyini göstərir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian son açıqlamasında İsrailin Livana qarşı hücumlarını atəşkəs razılaşmasını pozmaq və potensial digər razılaşmaları pozmaq kimi qiymətləndirib.
O bildirib ki, hücumlar davam edərsə, diplomatik prosesin əhəmiyyəti itəcək. Pezeşkian vurğulayıb: “Hazır olmağa davam edəcəyik və İran heç vaxt livanlı qardaşlarını tək qoymayacaq”.