"İnstagram"da nələr baş verir?

17:51 - 09 Aprel 2026

\"İnstagram\"da nələr baş verir?

Meta ABŞ-də uşaq təhlükəsizliyi ilə bağlı iddialar səbəbindən ciddi hüquqi məğlubiyyətlə üzləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, New Mexico ştatında görülən məhkəmə Meta-nın "Facebook" və "Instagram" platformalarında uşaqların təhlükəsizliyini təmin edə bilmədiyini, istifadəçiləri yanıltmaqla platformalarını istismara açıq hala gətirdiyini müəyyən edib. Nəticədə şirkətə 375 milyon dollar məbləğində inzibati cərimə tətbiq olunub.

Məhkəmə işi göstərdi ki, sosial media şirkətləri yalnız “vasitəçi platforma” olduqlarını iddia etməklə məsuliyyətdən qaça bilməzlər. Ekspertlər bu qərarı təkcə cəza deyil, bütün sahə üçün dönüş nöqtəsi kimi qiymətləndirirlər.

2023-cü ildə aparılan geniş araşdırmalar "Facebook Messenger", "Instagram" hesabları və "Stories" kimi funksiyaların uşaqların hədəf alınması, aldadılması və cinsi məqsədlərlə satışa çıxarılması üçün istifadə edildiyini aşkar etmişdi.

Soruşturma sənədlərindəki yazışmalar göstərir ki, bəzi insan alverçiləri gənc qızların satışını birbaşa platformalar vasitəsilə qiymətləndirib və bəzi şəkillər "Instagram"da yayılıb. Eyni zamanda keçmiş məzmun nəzarətçiləri, şübhəli məzmunu şirkət daxilində işarələmələrinə baxmayaraq, çox zaman nəticə əldə edə bilmədiklərini qeyd ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az