"Livana hücumlar dayanmazsa, müzakirələrə qoşulmayacağıq" - İrandan şok açıqlama

18:08 - 09 Aprel 2026

\"Livana hücumlar dayanmazsa, müzakirələrə qoşulmayacağıq\" - İrandan şok açıqlama

İrandan olan yüksək vəzifəli təhlükəsizlik rəsmisi İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə ABŞ ilə planlaşdırılan danışıqların baş tutmaya biləcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Tehran Times" qəzetinə danışan və adı açıqlanmayan rəsmi qeyd edib ki, ABŞ ilə əldə olunmuş və İsraili də əhatə edən müvəqqəti atəşkəs razılaşmasına baxmayaraq, Livana hücumlar bu razılaşmanın pozulması deməkdir.

Onun sözlərinə görə, əldə olunan atəşkəs bütün cəbhələri, o cümlədən Livanı da əhatə edir. Rəsmi İslamabad şəhərində cümə günü keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqlarına toxunaraq xəbərdarlıq edib: “Əgər Livana hücumlar dayanmasa, danışıqlar baş tutmayacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az