Putin müharibədən bu qədər qazandı - RƏQƏM

18:32 - 09 Aprel 2026

Putin müharibədən bu qədər qazandı - RƏQƏM

ABŞ və İsrailin İrana zərbələri ilə başlayan və Hörmüz boğazının bağlanmasına səbəb olan qlobal enerji böhranı Rusiyanın xeyrinə işləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, enerji bazarında qiymətlərin kəskin artımı fonunda Rusiyanın neft gəlirlərində ciddi yüksəliş qeydə alınıb. Brent neftinin qiymətinin 100 dolları keçməsi Moskvanın əsas vergi gəlirlərinə birbaşa təsir göstərib.

Məlumata görə, Rusiyanın əsas neft vergi gəlirləri aprel ayında təxminən iki dəfə artaraq 9 milyard dollara çatıb. Bu artım İran ətrafında yaranmış böhranın Rusiyaya mühüm iqtisadi üstünlük qazandırdığını göstərir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az