Putin Pasxa atəşkəsi elan etdi

23:33 - 09 Aprel 2026

Putin Pasxa atəşkəsi elan etdi

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.


Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Atəşkəs aprelin 11-də Bakı vaxtı ilə saat 17:00-dan aprelin 12-si günün sonunadək qüvvədə olacaq.

Moskva Ukrayna tərəfinin də bu addımı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Qeyd olunur ki, Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində döyüş əməliyyatlarını dayandırmaq, eyni zamanda mümkün hücumlara cavab verməyə hazır olmaq tapşırığı verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az