Vatikana rəhbərlik edən Papa 14. Leo özünə sərt tənqidlər yönəldən ABŞ Prezidenti Donald Trampa cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Papa 14. Leo 11 gün davam edəcək və 4 ölkəni əhatə edəcək Afrika turunun ilk mərhələsi üçün Romadan Cezayirə uçarkən səfərini izləyən jurnalistlərə Trampın sözləri ilə bağlı fikirlərini açıqlayıb.
Papa 14. Leo, “Savaşa qarşı yüksək səslə danışmağa davam edəcəyəm”, - deyib.
Papa, “Tramp rəhbərliyindən qorxmuram. Mən siyasətçi deyiləm. Mən İncil haqqında danışan bir adamam. Buna görə də savaşa qarşı yüksək səslə danışmağa davam edəcəyəm. Onunla bir mübahisəyə girəcəyim niyyətində deyiləm”, - deyə bildirib.