ABŞ-nin təhlükəli Hörmüz planı - Tramp təsdiqlədi

17:50 - 13 Aprel 2026

ABŞ-nin təhlükəli Hörmüz planı - Tramp təsdiqlədi

ABŞ-İran görüşmələrinin uğursuzluğa uğramasından sonra Vaşinqton rəhbərliyi yeni bir addım atıb. ABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi plan çərçivəsində Hörmüz Boğazında blokadanın tətbiqi gündəmə gəlib.


Manset.az xarici mediaya istinadən xəbər verirki, Donald Trampın təsdiqlədiyi plana əsasən, Hörmüz Boğazında blokada tətbiq edilərək İrana gedən və çıxan gəmilərə müdaxilə ediləcək, neft gəlirləri kəsilməyə çalışılacaq, lazım gələrsə, donanma nəzarət təmin edəcək və hərbi birliklərlə gəmilərə basqın ediləcək.


ABŞ Mərkəzi Komandanlığının açıqlamasına görə, İran limanlarına daxil olan və çıxan gəmilərə müdaxilə ediləcək, lakin digər ölkələrin gəmilərinin keçişinə birbaşa maneə yaradılmayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az